AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Misgərlik sənətinə dair beş nümunənin məlumat bazası formalaşdırılıb

Sentyabr 02, 2020 16:08

Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan aftafa, aşsüzən, qazan, məcməyi və səhəng nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:


Qeyd edək ki, son fayllarla bilikdə Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalına daxil edilmiş nümunələrin sayı 800-ə çatmışdır. Bundan əlavə, portala bu nümunələri yaşadan 177 daşıyıcı və 67 təşkilat haqqında da məlumat daxil edilmişdir.

Günün nümunəsi

Çayçı

Azərbaycanda qədim zamanlardan bəri müxtəlif otlar, giləmeyvələr qaynadılıb dəmlədilərək isti halda içilirdi. Bu dəmləmələr həm süfrə içkisi, həm də müalicəvi məqsədlərlə istifadə olunurdu. XIX əsrdən Azərbaycanda çay bitkisindən istifadə yayılmış, əsrin sonunda Lənkaran qəzasında çay bitkisi becərilməyə başlanmışdır. İnsan orqanizmi üçün şəfaverici xüsusiyyətlərə malik olması çayı tez...

Ətraflı