AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Silahsazlıq nümunələrinin məlumat bazası formalaşdırılıb

İyul 22, 2020 17:04

Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan silahsazlığa dair altı nümunənin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:


Onu da qeyd edək ki, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 750 mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilib.

Günün nümunəsi

Bağban

Bağban peşəsi təsərrüfat həyatı ilə sıx bağlı olduğundan əkinçiliklə məşğul olan əhali bağ salmaq, ağac əkmək işi ilə də məşğul olmuşdur. Bağbanlar dadlı və keyfiyyətli meyvə növləri yetişdirməklə yanaşı, onları nəsildən-nəslə ötürmüşlər. Bu baxımdan Abşeronun sarı ənciri, Naxçıvanın sin armudu, şəkəri armudu, əndiryanı armudu, Əbutalıbı əriyi, peyvəst əriyi, kəhat heyvası, Ordubadın s...

Ətraflı