Laçın rayon Mədəniyyət Mərkəzi
Laçın rayon Mədəniyyət evi 1930-cu ildən fəaliyyət göstərir. Rayonun işğalından əvvəl şəhərin mərkəzində dövlət sifarişi əsasında inşa edilmiş, müasir texniki qurğular, səhnə avadanlıqları, keyfiyyətli inventar və səsgücləndirici qurğularla təhciz edilmiş, ərazisi 3700 kv/metr olan mədəniyyət sarayında fəaliyyət göstərirdi. 1982-ci ildən Mədəniyyət evinin nəzdində “Xalq teatrı” yaradılmış və kiçik səhnə əsərlərini tamaşaya qoymaqla rayon sakinlərinə xidmət göstərmişdir. Laçın rayonunun işğalından sonra (18 may 1992-ci il) Mədəniyyət evi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində, 250 nəfər tamaşaçı yeri olan yeni inşa edilmiş binada fəaliyyət göstərir.
29 may 2015-ci il tarixdən Laçın rayon Mədəniyyət evi Mədəniyyət Mərkəzi adı ilə fəaliyyət göstərir və 13 nəfərdən ibarət kollektivinin normal işləməsi üçün Mərkəzin yerləşdiyi saray müasir avadanlıqlarla və inventarlarla təchiz edilmişdir. Hazırda rayon miqyaslı mədəni-kütləvi tədbirlər, yubileylər, yaradıcılıq gecələri, tamaşalar Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivlərinin bilavasitə təşkilatçılığı və iştirakı ilə həyata keçirilir. Laçın rayon Mədəniyyət Mərkəzinin tabeçiliyində 23 kənd mədəniyyət evi, 28 kənd klubu fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin ünvanı: Ağcabədi şəhəri, Taxtakörpü qəsəbəsi, Heydər Əliyev prospekti. E-poçtu: [email protected]. İndeks: Az4100