AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dəmirçi Sərxan Mirzəyev

Sərxan Mirzəyev Tovuz rayonunun Çeşməli kənd sakinidir. Əli çəkic tutandan dəmirçilik sənəti ilə məşğul olub. Əsrlərlə yaşı olan zindanı müqəddəs sayan sənətkar elə and içəndə də “Davud peyğəmbərdən qalan zindan haqqı” deyərək and içib.
 
Böyük bir bölgənin dəmirçilik tələbatını ödəyən sənətkarın dediyinə görə, onun yaşadığı ucqar dağ kəndində vaxtilə 10-dan artıq dəmirçi emalatxanası fəaliyyət göstərirdi. Hazırda onlardan yalnız ikisi fəaliyyətini davam etdirir. Dəmirçi Sərxan Mirzəyev ən çox at nalları hazırlayır. Tovuzdan tutmuş Gədəbəyədək hər yerdən ona sifariş verirlər. Əsasən də toxa, bel, dəhrə, kotan, qənd qayçısı, vedrə üçün müraciət edirlər. Sifarişlərdən əlavə, boş vaxtlarında at nalı hazırlayır və atları özü nallayır. Xammal kimi dəmir qəbulu mənəqlərindəki dəmirdən istifadə edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı