AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Qaravəlli" Xalq Teatrı

“Qaravəlli” Xalq Teatrı 1970-ci ildə Bakı şəhər Xalq yaradıcılığı evi nəzdində yaradılmışdır. 1980-ci ildə yaradıcılıq evi ləğv edildikdən sonra Xətai rayon Mədəniyyət Mərkəzinə verilmişdir. “Qaravəlli” Xalq Teatrı Respublika və Bakı şəhər baxış-müsabiqələrində, festivallarda fəxri fərman və diplomlarla təltif olunmuşdur. 2011-ci ildə Bakı Şəhər Xalq Teatrları Festivalında ikinci dərəcəli diplomla təltif olunmuşdur. Xalq teatrının repertuarına Azərbaycan və dünya dramaturqlarının əsərləri daxildir. Fəaliyyəti dövründə xalq teatrı tərəfindən H.Cavidin "Ana", S.Sədaqətoğlunun "Yerə-göyə sığmayan", С.Cabbarlının "Solğun çiçəklər", E.Süleymanlının "Duzlu kökə", xalq nağılı "Qoğal", N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli", A.Məmmədovun "Qarabağda bir gün" və s. əsərləri oynanılmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı