AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Masallı rayon Mədəniyyət Mərkəzi

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi 1956-cı ildə yaradılıb, 2012-ci ildən isə rayon mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. 2011-2013-cü illərdə əsaslı təmir olunmuş mərkəzin ümumi sahəsi 7300 kvadrat metrdir. Mərkəzin yerləşdiyi binanın sahəsi 1223 kvadrat metrdir. Bina 3 mərtəbə, 17 otaqdan ibarətdir. Otaqlardan 9-u inzibati, 6-sı dərnək, 2-si isə kassa otağıdır. Mərkəz, həmçinin 3 foye və 294 nəfərlik zala malikdir.
 
Otuz səkkiz filialı olan Masallı rayon Mədəniyyət Mərkəzində 12 dərnək və 1 xalq teatrı fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən kollektivlər bütün dövlət tədbirlərində fəal iştirak edib, fəxri fərmanlar və mükafatlarla təltif olunublar. Mərkəzin tabeliyindəki kollektivlər dəfələrlə hərbi hissələrdə konsertlər verib, tamaşalar göstəriblər. Mərkəzin nəzdindəki xalq teatrı 1-ci Respublika Xalq Teatrları Festivalında 3-cü yeri tutub.

Əlaqəli nümunələr

Günün nümunəsi

Xovlu xalça

Düyünləmə, yaxud qullabı ilmə texnikası ilə əmələ gələn xovlu xalçalar Azərbaycan xalça sənətinin həm texniki, həm də bədii cəhətdən inkişafının ən yüksək mərhələsinin məhsulu sayılır. Hələ eramızdan əvvəl tətbiq olunan bu toxuma üsulu digər üsullardan fərqli olaraq mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdı. Yeni toxuma üsulunun inkişafı ilə əlaqədar yeni istehsalat ...

Ətraflı