AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zaqatala rayon Mədəniyyət Mərkəzi

Zaqatala rayon  Mədəniyyət Mərkəzi 1956-ci ildən Mədəniyyət evi kimi fəaliyyətə başlamış, 2015-ci ildən Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəzin tabeliyində hazırda 2 xalq kollektvi (Xalq teatrı və Xalq kəndirbazlar kollektivi), “Şərq” instrumental ansamblı, “Kral” instrumental ansamblı, o cümlədən pullu xidmətlər “Rəqs”, “Bədii söz və aparıcılıq” və “Sintizator” dərnəkləri fəaliyyət göstərir. Zaqatala rayon Mədəniyyət Mərkəzinin tabeliyində 42 klub müəssisəsi vardır. Həmin müəssisələrin Mədəniyyət Mərkəzi daxil olmaqla 3-ü şəhərdə, 40-ı isə kənddə yerləşir.
 
Mərkəzin nəzdindəki kollektivlər respublika baxış-müsabiqələrində, festivallarda və bayramlarda uğurla çıxış etmiş, müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşlar. “Suvagil” kənd Folklor evinin “Ceyranım” xalq kollektivi və Makov kənd Folklor evinin “Hudulki” xalq kollektivi azsaylı xalqların festivalında uğurlu çıxışlarına görə diplomlarla təltif olunmuşlar. Mərkəzin kəndirbazlar kollektivi Bakı şəhərində, regionlarda keçirilən Novruz bayramı və digər tədbirlərdə fəal iştirak etmişdir.
 
Bakı şəhərində keçirilən II Respublika Xalq Teatrı Festivalında Zaqatala rayon Xalq Teatrı II yerə layiq görülmüş və iki nəfər “Gənc aktyor” və “Gənc aktrisa” diplomları ilə təltif olunmuşdur. Mərkəz və filiallarda fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivləri rayon ərazisində yerləşən hərbi hissələrdə, gənclərin hərbi xidmətə yolasalınma mərasimlərində rəngarəng konsert proqramları ilə çıxış edirlər. Yaz-yay mövsümündə Mərkəzin və filialların bədii-özfəaliyyət kollektivləri həftənin şənbə-bazar günlərində şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerli əhali və xarici turistlər üçün konsert proqramları təşkil edirlər. Milli filimlərin bölgələrdə nümayişi ilə əlaqədar Zaqatala rayon Mədəniyyət Mərkəzi və Əliabad qəsəbə Mədəniyyət evində həftənin III və V günləri Azərbaycan filmləri nümayiş olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Boz ay

Qışın fevralın 21-dən martın 21-nə qədər davam edən sonuncu mərhələsinin xalq arasındakı adı. Bu dövrün belə adlanması onun isti, soyuq, buludlu, yağışlı, küləkli keçməsi ilə bağlıdır. Boz ayın şıltaq təbiəti “boz ay bozara-bozara keçər” deyimində də qorunub saxlanmışdır. Həmin qeyri-müəyyənliyinə görə xalq onu boz ay, alaçalpo, ağlar-gülər, boş qış adlandırmışdır. Havanın Boz ayda b...

Ətraflı