AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qusar rayon Mədəniyyət Mərkəzi

Qusar rayon Mədəniyyət Mərkəzinin tabeçiliyində 54 filial fəaliyyət göstərir. Filialların 14-ü mədəniyyət evi, 40-ı isə klublardır. Mərkəzin nəzdində 2 xalq kollektivi, 2 folklor qrupu və 5 dərnək vardır. Mədəniyyət Mərkəzinin fəaliyyəti geniş və əhatəlidir. Dövlət tədbirlərinin, tarixi günlərin, müsabiqə və festivalların keçirilməsi, filialların fəaliyyətinə metodik köməkliyin göstərilməsi Mərkəzin əsas fəaliyyət istiqamətini təşkil edir. Mərkəzin bədii özfəaliyyət kollektivləri müntəzəm olaraq rayonda yerləşən hərbi hissə və sərhəd kəndlərindəki zastavalarda əsgərlərin qarşısında çıxış edirlər.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı