AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi 1953-cü ildən fəaliyyət göstərir, 1997-ci ildən Aşıq Rza Qobustanlının adını daşıyır. Mədəniyyət evində “Aşıqlar“ xalq kollektivi və iki instrumental ansambl, müxtəlif dərnək və kurslar fəaliyyət göstərir. Mədəniyyət evinin kollektivləri dövlət tədbirlərində, rayonda keçirilən tədbirlərdə, qəsəbədə əhalinin asudə vaxtının səmərəli təşkilində, hərbi hissələrdə, müxtəlif müsabiqələrdə, festivallarda iştirak edərək müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşlar. Mədəniyyət evində müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir. Bunlardan ingilis dili, rus dili, ilkin tibbi yardım, dərzilik, kompüter, saz, fortepiano, sintezator və rəqs kurslarının adını çəkmək olar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı