AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tovuz rayon Mədəniyyət Mərkəzi

Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin binası Tovuz şəhəri, Əzizbəyov 2 ünvanında yerləşir. Bina 1952-ci ildə istifadəyə verilib. Binanın sahəsi 3300 kvadrat metrdir. Mədəniyyət Mərkəzinin 330 nəfərlik zalı vardır. Mədəniyyət Mərkəzinin binasında Rəsm Qalereyası, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyi, Xalq teatrı yerləşir. Mədəniyyət Mərkəzində saz, rəqs, rəsm, bədii qiraət, dram dərnəyi fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi 12 mədəniyyət evini, 2 şəhər klubunu, 33 kənd klubunu özündə birləşdirir. Mərkəzdə fəaliyyət göstərən, əsası Aşıq Əkbər, Aşıq İmran tərəfindən qoyulan “Misri qrupu” hazırda öz fəaliyyətini daha da genişləndirmişdir. Ansambla rəhbərliyi Aşıq Əkbər Cəfərovun oğlu Cahandar Cəfərov edir.
 
Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Xalq Teatrı 1972-ci ildən yaradılıb. Bakı, Gəncə və Şəmkirdə keçirilmiş festivallarda həmişə iştirak etmiş və fəxri yerlərə layiq görülmüşdür. Ayrı-ayrı vaxtlarda Tovuz Xalq Teatrında N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, C.Cabbarlının “Solğun çiçəklər”, S.Rəhmanın “Toy”, “Gəl qohum olaq”, S.Rüstəmin “Qaçaq Nəbi”, “Çimnaz xanım yuxudadır” pyesləri tamaşaya qoyulmuşdur. Bu tamaşalar bütöv və ya səhnəciklər şəklində hazırlanıb geniş tamaşaçılara və ya kənd zəhmətkeşlərinə təqdim olunmuşdur. Xalq teatrı rayon tədbirlərində, tarixi və əlamətdar günlərdə, o cümlədən Beynəlxalq Qadınlar günü, Novruz bayramı, Müstəqillik günü, Respublika günü, Həmrəylik günü münasibətilə keçirilən tədbirlərdə yüksək səviyyədə iştirak edir və öz çıxışları ilə tamaşaçıların əhval-ruhiyyəsini yüksəldir.
 
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Aşıqlar” və “Zurnaçılar” ansamblı sərhəd zonasında yerləşən hərbi hissələrdə zabit və əsgər heyəti qarşısında geniş konsert proqramı ilə çıxış edir, gənclərin hərbi xidmətə yola salınmasını yüksək səviyyədə təşkil edir, öz çıxışları ilə çağırışçıların əhval ruhiyyəsini qaldırırlar. Həmin hərbi hissələrin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı