AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Misgərlik sənətinə dair daha dörd nümunənin məlumat bazası formalaşdırılıb

Sentyabr 07, 2020 15:56

Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan badya, cam, dolça və qəhvədan nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, daşıyıcısı, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:

Günün nümunəsi

Dulusçu

Dulusçu əl və ayaq çarxında gil məmulatından müxtəlif formalı qabların hazırlanması ilə məşğul olan qədim peşə sahiblərindən biridir. Azərbaycan ərazisinin zəngin gil yataqları və ucuz odun ehtiyatına malik olması, əhalinin məişətində dulus məmulatlarına zəruri tələbat, sənətkarlıq təcrübəsi saxsı məmulatı istehsalının uzun müddət davam etdirilməsində başlıca rol oynamış, öz növbəsində...

Ətraflı