AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Silahsazlıq sənətinə aid daha dörd nümunənin məlumat bazası formalaşdırılıb

İyul 27, 2020 16:07

Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan silahsazlıq sənətinə dair 4 nümunənin – tapança, toppuz, tüfəng və zireh nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:


Onu da qeyd edək ki, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 750-dən çox mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilib.

Günün nümunəsi

Çarıqçı

Çarıq bir ayaqqabı növü kimi qədimdən əhalinin geyiminə daxil idi. Bu baxımdan çarıqçılıq peşəsinin tarixi digər ayaqqabı növləri üzrə ixtisaslaşmış (çəkməçi, çustçu və s.) peşələrlə müqayisədə daha qədimdir. Çarığın geniş yayılmasının səbəbi bu ayaqqabı növünün kifayət qədər ucuz, çox sadə ölçü və biçimli olması idi. Hər bir kəndli özü asan başa gələn çarıq tiksə də, kəndlərdə 3-5 nə...

Ətraflı