AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Papaq ustası Yaqub Məmmədov

Papaqçı Yaqub Məmmədov Masallı rayonunun Boradigah qəsəbəsində yaşayır. 55 ildir papaqçılıqla məşğuldur. Yaqub kişi bu sənətin babasından atasına, atasından da ona əmanət olaraq ötürüldüyünü deyir. O da kiçik emalatxanasında ata-babalarından miras qalan bu qədim el sənətini böyük sevgi ilə yaşadır.
 
Usta, papaqları hazırlamaq üçün quzu dərisindən istifadə edir. Xammal üçün lazım olan dərilər Özbəkistandan gətirilir. Usta Yaqubun sözlərinə görə, müştərilərin əksəriyyəti milli papaqlara üstünlük verirlər. Onun tikdiyi papaqların sorağı Almaniya, Fransa və digər Avropa ölkələrindən gəlir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Arıçı

Arıçılıq Azərbaycan ərazisində ibtidai icma dövründən inkişaf edərək təkmilləşmiş, zəngin empirik ənənəyə əsaslanan arıçı peşəsi yaranmışdır. Ölkəmizdə 600-dən cox ballı bitki növünün olması qədimdən burada arıçılığın inkişafına səbəb olmuş, bu təsərrüfat sahəsi bal və mum toplanması, vəhşi (çöl) arı ovundan başlayaraq, meşə arıçılığı və ev arıçılığınadək inkişaf yolu keçmişdir. Azərba...

Ətraflı