AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağstafa rayon "Dastan" aşıqlar ansamblı

“Dastan” aşıqlar ansamblı 1986-cı ildən fəaliyyətə başlamışdır. Aşıq Aslan Aslanovun bədii-rəhbəri olduğu ansambl Ceyrançöl qışlaqlarında, sərhəd zonalarında, hərbi hissələrdə, orta təhsil müəssisələrində maraqlı proqramlarla çıxış etmişdir. Ansambl bir çox respublika baxış müsabiqəsində çıxış etmiş, fəxri-fərman və diplomlara layiq görülmüşdür. Ansamblın gənc üzvü Əfsanə Kərimli 2010-2012-ci illərdə Aşıq Şəmşir adına gənc aşıqların V Respublika Müsabiqəsində I yerə layiq görülmüşdür. “Dastan” aşıqlar ansamblının hazırda 20-dən çox üzvü vardır. Bu sənət sahiblərinin fəaliyyəti mütəmadi olaraq mərkəzi televiziya ekranlarında göstərilmiş və mətbuatda dərc edilmişdir. Aşıq sənəti ənənələrini davam etdirmək məqsədilə ansamblın tərkibində həm də uşaqlardan ibarət “Çeşmə” uşaq aşıqlar ansamblı da fəaliyyət göstərir.

“Dastan” aşıqlar ansamblının üzvləri həftənin bazar ertəsi, çərşənbə və cümə günləri öz repertuarlarını daha da zənginləşdirmək məqsədilə Ağstafa şəhər 1 saylı folklor klubunda məşqlərini davam etdirirlər. 2017-ci il martın 23-də ansamblının üzvləri Novruz bayramı münasibətilə Bakı şəhərində təşkil edilmiş bayram konsertində yarım saatlıq konsert proqramıyla çıxış edərək tamaşaçıların rəğbətini qazanmışlar. 2017-ci ilin oktyabrın 10-da ansamblın üzvləri Qazax rayonunun “İncəgülü” Aşıqlar ansamblının üzvləri ilə birgə Gürcüstan Respublikasında tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər. Ansamblın üzvləri I və II Beynəlxalq Aşıq Festivallarında iştirak etmişlər. Ansamblın üzvlərinin əksəriyyəti Azərbaycan Aşıqlar Birliyinin üzvüdürlər. Hazırda kollektiv yaradıcılıq dairəsini genişləndirərək ansambla yeni-yeni istedadlar cəlb edir, maraqlı repertuar üzərində işləyir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı