AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qazax rayon "Zurnaçılar" ansamblı

“Zurnaçılar” ansamblı 1970-ci ildən Qazax rayon Mədəniyyət evi nəzdində fəaliyyətə başlamışdır. Ansamblın üzvləri rayon ərazisində fəaliyyət göstərən zurnaçılardan təşkil olmuşdur. Zurnaçılar ansamblına 1998-ci ildən 2007-ci ilin avqust ayınadək nəfəsli çalğı alətlərini xüsusi bacarıqla ifa edən mərhum sənətkarımız Abbas Xasayev rəhbərlik etmişdir. Ansambl yarandığı vaxtdan rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, el şənliklərində, kolxoz və savxozlarda zəhmətkeşlər qarşısında onların asudə vaxtının səmərəli təşkili üçün maraqlı konsert proqramları ilə çıxış etmişdir.
 
Hazırda ansambla Nadir Hüseynov rəhbərlik edir. Nadir Alnazarov, İlham Xasayev, Binövrə Bənnayev və başqaları ansamblın üzvləridir. Ansamblın üzvləri xüsusi geyimlə təmin olunmuşlar. Ansamblın repertuarında qəhrəmanlıq mahnıları, unudulmaqda olan el havaları xüsusi yer tutur. Hazırda ansambla yeni-yeni gənc istedadlar gəlməkdədir. Ansamblın bədii rəhbəri Nadir Hüseynov “Cəngi”, “Tərəkəmə”, “Cütcü”, “Heyvagülü” havaları ilə yanaşı, muğamlarımızı və bəstəkar mahnılarını da xüsusi istedadla ifa edir. Mədəniyyət Mərkəzində hər həftənin III və VI günləri “Zurnaçılar" ansambılının məşqləri keçirilir və burada gənc zurnaçılara bu sənətin sirləri öyrədilir. Xalqımızın əziz bayramı olan Novruz bayramında zurnaçıların ifa etdikləri el havalarının təranələri altında yüzlərlə insanlar meydanlara bayram tonqalının ətrafına axışırlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Novruz bayramı

Milli bayramlar hər bir xalqın milli kim​liyini formalaşdıran, onu dünyada tanıdan əsas ünsür​lərdən biridir. Bir çox xalqlar dünyada milli bayramları ilə tanınmaları da məhz bundan irəli gəlir. Bayram​ları bu qədər önəmli edən əsas səbəb milləti bütünləşdirməsi, varlı-kasıb, böyük-kiçik fərqi qoyma​dan toplumun bütün üzvlərini bir araya gətirməsidir. Azərbaycanda belə bayramlardan bir...

Ətraflı