AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəki şəhər Mədəniyyət Mərkəzi

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi 1965-ci ildən Mədəniyyət evi kimi fəaliyyətə başlamış, 2013-cü ildən Mədəniyyət Mərkəzi statusu almışdır. Mərkəzin tabeliyində 4 xalq kollektivi “Zirvə” xalq instrumental ansamblı, “Pəhləvanlar” ailə-sirk kollektivi, “Zorxana” rəqs kollektivi və Xalq teatrı fəaliyyət göstərir. Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeçiliyində hazırda 53 klub müəssisəsi fəaliyyət göstərir ki, onların 16-sı şəhərdə, 37-si kənddə yerləşir.
 
Mərkəzdə fəaliyyət göstərən kollektivlərin iştirakı ilə əlamətdar günlərdə, yubiley və mərasimlərdə tədbirlər təşkil olunur. Kollektivlər respublika baxış-müsabiqələrində, festivallarda, bayramlarda uğurla çıxış etmiş, müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşlar. Şorsu kənd folklor klubunun ləzgilərdən ibarət “Abay” rəqs kollektivi “Azərbaycan – doğma diyar” festivalında uğurla çıxış etmişdir. Mərkəzin “Pəhləvanlar” ailə-sirk kollektivi və Ə.Şəkili adına “Zurnaçılar” dəstəsi Bakı şəhərində və regional idarənin əhatə etdiyi şəhər və rayonlarda keçirilən Novruz bayramı tədbirlərində fəal iştirak edir. Yaz-yay mövsümündə mərkəzin bədii özfəaliyyət kollektivləri həftənin şənbə-bazar günlərində şəhərin Qala divarları ərazisində və turizm məkanlarında yerli və xarici turistlər üçün konsert proqramları təşkil edirlər.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarından Şəkiyə gələn məktəblilərin qarşılanma mərasimində və onların asudə vaxtının səmərəli təşkilində mərkəzin bədii özfəaliyyət və rəqs kollektivlərinin çıxışları yaddaqalan olmuşdur.

1978-ci ildən başlayaraq ənənəvi olaraq hər ilin mart ayında “Novruz təranələri” devizi altında klub müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinə baxış keçirilmiş və fərqlənənlər  Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, MİHİ Şəki Rayon Komitəsinin fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılmışlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı