AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

N.Nərimanov adına Kürdəmir rayon Mədəniyyət Mərkəzi

Kürdəmir rayon Mədəniyyət Mərkəzi XX əsrin 50-ci illərində yaradılmışdır. Rayon mədəniyyət evi kimi əhalinin asudə vaxtının səmərəli təşkilində uğurlar qazanmışdır. Müxtəllif illərdə rayon mədəniyyət evində görkəmli aşıqlar Aşıq Şakir Hacıyev, Aşıq Əhməd Rüstəmov, zurnaçı Həsrət Hüseynov, tanınmış xanəndə Eynulla Cəbrayılov, xalq artisti Sadıq Zərbəliyev, müğənni Elşad Qarayev, balaban ustası Rəşid Məmmədov, qarmonçalan Ənvər Əhmədov, xanəndə Səfalı Əliyev, müğənni Hüseynqulu Hüseynov və s. fəaliyyət göstərmişdir. Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvü məşhur balaban ifaçısı Həsrət Hüseynov Ümumdünya Festivalının laureatı adını qazanmış, Aşıq Şakir Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi kimi böyük şöhrət qazanmışdır. Saz və söz ustadı Aşıq Əhməd Rüstəmov qoşmaları, dastanları, müxəmməsləri, bağlamaları və aşıq şeirinin müxtəlif janrlarında yazdığı çoxsaylı əsərləri ilə insanların yaddaşına hopmuşdur. Aşıq Əhməd Rüstəmov ölkə başçısının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Rayon mədəniyyət evində müxtəlif dövrlərdə bədii özfəaliyyət kollektivləri, dərnəklər, kurslar, musiqi ansamblları fəaliyyət göstərmiş, respublika və beynəlxalq festivallarda, baxış-müsabiqələrdə yaxından iştirak etmişlər. Hazırda rayon Mədəniyyət Mərkəzində aşağıdakı dərnəklər və kurslar fəaliyyət göstərir: 1. Teatr dərnəyi, 2. Bədii qiraət dərnəyi, 3. "Bacarıqlı əllər" dərnəyı, 4. Rəsm dərnəyi, 5. Rəqs dərnəyi, 6. Mülki müdafiə, 7. Hərbi vətənpərvərlik, 8. "Ritm" zərb alətləri dərnəyi və 9. İnstrumental ansambl.
 
Mədəniyyət Mərkəzi II Beynəlxalq Dolma Festivalında və V Qəbələ Beynəlxalq Mürəbbə Festivalında nümayəndə heyəti ilə iştirak etmişdir. Kürdəmir rayonunda turizmin inkişafına dəstək məqsədilə Mərkəzin və filialların Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, “Gənc heydərçilər” parkında, “Qələbə” parkında, “Ulu su” sanatoriyasında təşkil etdiyi yay istirahət konsertləri, rayonda yaşayan sənətkarların əl işlərindən ibarət sərgilər əhali tərəfindən maraqla qarşılanmışdır. Nəriman Nərimanov adına rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən təşviqat briqadaları və ansamblları rayonda təşkil olunan bütün mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişlər. Rayonda keçirilən tədbirlərin musiqi tərtibatı Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilir. Vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə rayonun klub müəssisələrində müxtəlif klub yaradılmaları öz işini davam etdirir. Müxtəlif dərnək, kurs, birlik, maraq klubları və həvəs birliklərinə çox sayda insan cəlb olunmuşdur. Klub yaradılmaları ictimai əsaslarla aparılmış, yüzlərlə insan bu yaradılmalardan faydalanmış, həm asudə vaxtlarını, həm də maraqlarını təmin etmişlər.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı