Binəqədi Mərkəzi Mədəniyyət evi
Binəqədi Mərkəzi Mədəniyyət evi 1901-ci ildə yaranmışdır. 2012-ci ilin sentyabrında Mədəniyyət evinin binasında əsaslı təmir başlanılmış, 2014-cü ilin dekabrında bina yenidən istifadəyə verilmişdir. Mədəniyyət evinin ümumi sahəsi 1115 kv.m-dir. Binəqədi Mərkəzi Mədəniyyət evi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilmiş Bakı şəhər Mədəniyyət İşçilərinin Spartakiadasında fərqləndiyinə görə diploma layiq görülmüşdür. Bakı şəhər Bədii Özfəaliyyət Kollektivlərinin Festivalında Mədəniyyət evinin “Qönçə“ instrumental ansamblı III dərəcəli diplomla, “Pöhrə“ rəqs kollektivi isə fəxri fərmanla təltif edilmişdir. Mədəniyyət evinin nəzdində nağara, sintezator, muğam ifaçılığı, ibtidai hazırlıq, gitara, klarnet, saz, dərzilik, rəqs, rəsm, ilk tibbi yardım, gimnastika dərnəkləri fəaliyyət göstərir. Mədəniyyət evi tərəfindən əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə əlamətdar və tarixi günlərdə bir-birindən məzmunlu və maraqlı tədbirlər təşkil edilir.