AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Hamam, hamam işçiləri və çayxana nümunələrinin məlumat bazası formalaşdırılıb

Oktyabr 27, 2020 14:30

Məlumat verdiyimiz kimi, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı hər gün yeni nümunələrlə zənginləşir. Bu gün diyarşünaslığa dair daha 3 nümunənin – hamam, hamam işçiləri və çayxana nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu və yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı tarix üzrə elmlər doktoru İlhamə Məmmədova tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı