Qablama, metal nimçə və satıl nümunələrinin məlumat bazası formalaşdırılıb
Sentyabr 25, 2020 16:15
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan misgərlik sənətinə dair daha 3 nümunənin – qablama, metal nimçə və satıl nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, daşıyıcısı və yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
Metal nimçə – http://intangible.az/front/az/aboutExample/20763