“Qələmkar”, “Memar” və “Nəqqaş” peşələrinin məlumat bazası formalaşdırılıb
İyun 29, 2020 16:10
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan daha 3 nümunənin – “Qələmkar”, “Memar” və “Nəqqaş” nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
Onu da qeyd edək ki, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 716 qeyri-maddi mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilib.