Zərgər Anar Əhmədov
Anar Əhmədov zərgərliklə məşğuldur. Bundan başqa, bu sənəti öyrənmək istəyənlərə İncəsənət Gimnaziyasında dərs keçir. Ömrünün otuz ilini bu sənətə həsr edən zərgər rastlaşdığı bütün çətinliklərə baxmayaraq, peşəsindən üz çevirməmişdir.
Anar Əhmədovun hazırladığı zinət əşyalarının “ABAD”-ın sənətkarlıq mərkəzlərində satışı təşkil olunur. O, mərkəzə ənənəvi zinət əşyaları ilə yanaşı, modern tipli zərgərlik məmulatları da təqdim edir. Belə nümunələr arasında Bakının yeni simvollarından olan “Alov qüllələri” təsvir olunan üzük müştərilərin böyük rəqbətini qazanmışdır.