AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərgər Roman Həsənov

Roman Həsənov 1987-ci ildə Quba rayonunun Qacarzeyd kəndində dünyaya göz açıb. İxtisasca qarmon müəllimidir, amma aldığı musiqi təhsilinə baxmayaraq, uşaqlıqdan zərgərlik sənətinə həvəs göstərib. Adi məftillərdən istifadə etməklə müxtəlif boyunbağılar, üzüklər düzəldərdi. O, 2018-ci ildə Quba şəhərində yerləşən ABAD (Ailə Biznesinə Asan Dəstək) Məktəbində təşkil olunan zərgərlik kurslarına yazılmaqla bu sahədə bacarığını daha da mükəmmələşdirib. Gənc zərgərin dediyinə görə, 6 aylıq kurs dövründə metallarla, turşularla tanış olmuş, dərslər keçmiş və vaxt ötdükcə bu sənətin incəliklərini öyrənmişdir.
 
Gənc zərgər bu sənətin səbir, diqqət və incəlik tələb etdiyini deyir. Kiçik bir bəzək əşyasını hazırlamaq üçün 2-3, bəzən isə 10 gün vaxt sərf edir. Öncə əl işinin eskizini hazırlayır, daha sonra metalı əridərək formaya salır. Müxtəlif proseslərdən keçdikdən sonra boz metal parçası göz oxşayan zinət əşyasına çevrilir.
 
Zərgər Roman Həsənovun hazırladığı zinət məmulatları ABAD satış-sərgi mərkəzlərində alıcılara təqdim olunur. Hazırda ABAD Məktəbdə işləyib yaratsa da, gələcəkdə öz emalatxanasını açmaq istəyir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı