Papaq ustası Yaqub Məmmədov
Papaqçı Yaqub Məmmədov Masallı rayonunun Boradigah qəsəbəsində yaşayır. 55 ildir papaqçılıqla məşğuldur. Yaqub kişi bu sənətin babasından atasına, atasından da ona əmanət olaraq ötürüldüyünü deyir. O da kiçik emalatxanasında ata-babalarından miras qalan bu qədim el sənətini böyük sevgi ilə yaşadır.
Usta, papaqları hazırlamaq üçün quzu dərisindən istifadə edir. Xammal üçün lazım olan dərilər Özbəkistandan gətirilir. Usta Yaqubun sözlərinə görə, müştərilərin əksəriyyəti milli papaqlara üstünlük verirlər. Onun tikdiyi papaqların sorağı Almaniya, Fransa və digər Avropa ölkələrindən gəlir.