AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balaban ifaçısı Əlixan Səmədov

Əlixan Səmədov – Azərbaycan musiqiçisi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısıdır. O, 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. 1979-1982-ci illərdə Səməd Vurğun adına Musiqi Məktəbində və Nəriman Nərimanov adına Mədəniyyət Evində təhsili alıb. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. Musiqi sənətini inkişaf etdirmək məqsədi ilə 1993-cü ildə Türkiyəyə köçən Ə.Səmədov balabanı ilə burada böyük dinləyici kütləsi qazanır. Musiqi sənətinin inkişafındakı xidmətlərinə görə 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülür. Əlixan Səmədov həm də “Balaban metodu” kitabının müəllifidir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı