AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Zopu-zopu" rəqs ansamblı

Qəbələ rayonu Bum qəsəbəsinin mədəniyyət evində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı xalq oyunları, deyimləri və musiqini özündə birləşdirir. 1980-ci ildə yaradılan ansambla 1989-cu ildə xalq kollektivi adı verilmişdir. Ansambl bu günədək Rusiya, Fransa, Türkiyədə keçirilən bir çox beynəlxalq festival və müsabiqələrdə diplom və fəxri fərmanlara layiq görülmüşdür. Ansamblın repertuarına “Zopu oyunu”, “Dəvə oyunu”, “Xanım gəldi”, “İgidlər rəqsi”, “Üç oğlan və bir qızın məzəli etnoqrafik rəqsi” daxildir. Hazırda 13 üzvü olan ansambl rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı