AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Güllü Abasəliyeva (ağıçı)

Güllü Səttar qızı Abasəliyeva 1941-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. Orta məktəbi yeddinci sinfə qədər oxuyub. Laçın rayonu 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunandan sonra vaxtilə rayonun qışlaq yeri olmuş Ağcabədi rayonu Taxtakörpü qəsəbə­sində məskunlaşıb.
 
Güllü Abasəliyeva ağıçı kimi tanınır. Bayatı söyləyiciləri bayatı dedikdə adətən təbi gəlmədiyi üçün ardını gətirə bilmir, yaxud onları qəhər boğdu­ğun­dan davam edə bilmirlər. Amma Güllü Abasəliyeva üçün bayatı söyləmək elə bil adiləşib və əhvalında dəyişik­lik olmadan onlarla bayatı söyləyə bilir. Özünün dediyinə görə, bu bacarıq və səs ona nəsildən – əslən Ağdam rayonunun Saybalı kəndindən olan anasından keçmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı