AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qazax rayon Aşıqlar ansamblı

Qazax rayonu sazın-sözün beşiyidir. Bu səbəbdən də 1970-ci ildə Qazax rayon Mədəniyyət evi nəzdində “Aşıqlar” ansamblı təşkil olunmuşdur. Ansamblın üzvləri rayon ərazisində fəaliyyət göstərən aşıqlardan ibarət olmuşdur. Aşıqlar ansamblının ilk üzvləri Əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü ustad aşıq Ədalət Nəsibov, aşıqlardan Aslan Aslanov, Hüseyn Xaloğlu, Kərəm Nəsibov (İncəli), Şəadət Gülməmmədov, Hüseyn Piriyev, Hacı Abdıyev və başqaları olmuşdur. Ansambl yarandığı gündən rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, üzüm bağlarında və s. zəhmətkeşlər qarşısında onların asudə vaxtının səmərəli təşkili üçün maraqlı konsert proqramları ilə çıxış etmişdir.

2017-ci ilin yanvar ayından kollektiv “İncəgülü" aşıqlar ansambılı adlandırılmış və ansambla yeni-yeni aşıqlar cəlb edilmişdir. Hazırda “İncəgülü" aşıqlar ansamblına aşıq Məhəmmədəli Məşədiyev rəhbərlik edir. Camoy Qurbanov, Avdı Musayev, Şaiq İsayev, Qərib İncəli, Yaşar Gülümcanov, Saqif Məzəmli, Samir Cəlaloğlu, Elvin Səfərov, Şahin Süleymanov və başqaları ansamblın üzvləridir. Aşıqlar ansamblının repertuarında dastanlar, unudulmaqda olan aşıq havaları əsas yer tutur. Ansamblın üzvləri aşıqlara məxsus milli geyimlə təmin olunmuşlar. Aşıqlar ansamblı rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə, şair və yazıçıların yubileylərində, el şənliklərində, gənclərin hərbi hissələrə yola salınmasında fəal iştirak edir. Ansamblın üzvləri I və II Beynəlxalq Aşıq Festivallarında iştirak etmişlər. Televiziya və radio kanallarında onların ifaları mütəmadi olaraq nümayiş olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı