AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq şikəstələri

Nümunənin reyestr kodu : FM0102000001

Azər​bay​can xalq ya​ra​dı​cı​lı​ğı​nın bir çox sa​hə​lə​rin​də – aşıq mu​si​qisi ya​ra​dı​cı​lı​ğı, aşıq po​e​zi​ya​sı, elə​cə də mu​ğam sə​nə​tin​də “şi​kəs​tə”lərin xü​su​si ye​ri var​dır. Şi​kəs​tə​lə​rin məzmunu, obraz, ovqat, bədii təsir dairəsi xal​qımızın mənə​vi alə​mi​nə, hisslər dün​ya​sı​na çox yaxın və doğmadır. Bu mu​si​qi özəllikləri şikəstə​lə​ri​n ge​niş ya​yıl​ma​sına və se​vil​mə​si​nə, nə​sil​dən-nəsi​lə ke​çə​rək gü​nü​mü​zə gəlib çat​ma​sı​na əsas zə​min ol​muş​du. Azərbaycan ifaçılıq sə​nə​ti​nin ən qüdrətli sənətkarları – Ha​cı Hü​sü, Cab​bar Qar​yağ​dıoğ​lu, o cüm​lə​dən Şə​ki​li Ələs​gər, Ke​çə​çi oğ​lu Mə​həm​məd, Za​bul Qa​sım, Mə​şə​di Məm​məd Fər​zə​li​yev, Se​yid Şu​şinski, Xan Şu​şinski və bir çox​la​rı “Qa​ra​bağ şi​kəs​tə​si”ni böyük məharət və şövqlə oxumuşlar. XX yüzillikdə və çağdaş dövrümüz​də ya​şa​yıb-ya​ra​dan xa​nən​də​lə​ri​miz A.Ba​ba​yev, C.Ək​bə​rov, A.Qa​sı​mov, o cüm​lə​dən Ş.Ələk​bə​ro​va, F.Meh​rə​li​ye​va və baş​qa​la​rı da şi​kəs​tə​lə​rin ma​hir ifa​çı​la​rı ki​mi məş​hur​laş​mış​lar.

Şikəstələr müx​tə​lif ifaçılıq ənənə​lə​ri sa​hə​sin​də möv​cud​dur: klassik aşıq şikəstələri (Kərəm şikəstəsi, Badamı şikəstə və s.), Şir​van şi​kəs​tə​lə​ri (Şirvan şikəstəsi, Sarıtorpaq şikəstəsi və s.), Güney Azərbaycan aşıq mühitlərində yaranmış şikəstələr (“Qaradağ şikəstəsi”, “Zəncançay şikəstə”, “Xalxalı şikəstə” və s.), zərbi-muğam ünvanlı şikəstələr (Qarabağ şikəstəsi, Kəsmə şikəstə və s.) və başqa şikəstələrdir. Eyni zamanda, körpə laylaları, eləcə də, yas mərasim​lə​rin​də ağılar da məhz şi​kəs​tə ha​va​sı ilə ba​ya​tı​ de​yərək oxunur. Göründüyü kimi, şikəstələr həm aşıq, həm mu​ğam ifaçılığında özünü gös​tə​rir, xalqın gündəlik həyatı və məişətini əhatə edir. Şikəstələri bir-birinə bağlayan məzmun oxşarlığıdır. Şikəstə “sınıq”, “qırılmış” və digər anlamlar daşıyaraq “könül qırıqlığı”, “iztirab çəkmiş könül” mənasını bildirir. Olduqca həzin və yanıqlı, sevgi, həsrət, hüzn məzmunlu mövzular üzərində yaranması şikəstələri bir-birinə bağlayan cəhətdir. Şikəstələrin poetik mətnini, əsasən xalq şeirinin bayatı və qoşma növləri təşkil edir.

Şi​kəs​tə​lər aşıq sə​nə​ti ilə bağ​lı şə​kil​də ya​ran​mış​dı, for​ma və qu​ru​lu​şu, vo​kal me​lo​di​ya​sı​nın in​to​na​si​ya ti​pi, əsas​lan​dı​ğı po​e​tik mətn və ifa tər​zi aşıq mu​si​qi ha​va​la​rı ilə sıx bağ​lı​dır. Azərbaycanın görkəmli musiqişünası Üzeyir Ha​cı​bə​yli ya​zır: “Şi​kəs​tə və ba​ya​tı​ya aşıq dəs​tə​si​nin dəstga​hı de​mək olar. Çün​ki bu növ mu​si​qi tə​ğən​ni​si əsil on​la​rın sə​nə​ti​dir”. Şikəstənin muğam ifaçılığına daxil olması musiqi quruluşunun zəngin daxili imkanları ilə şərtlənmişdi. Vokal melodiyanın improvizasiyalı, nəqli, re​çi​ta​tiv-dek​la​ma​si​ya xüsusiyyətli olması, instrumental hissənin inkişafı, “rəngvari” mahiyyət daşıması şikəstələrin xanəndə ifaçılığına daxil olması üçün əlverişli zəmin yaratmışdı. Demək mümkündür ki, şikəstələr inkişaf prosesində Azərbaycan xalq musiqi yaradıcılığının bütün qolları ilə qovuşmuş, xalq mahnı və rəqs yaradıcılığı, muğam sənətinin uyğun cəhətlərini mənimsəmiş və nəhayət, sazəndə və xanəndələrin yaradıcı fəaliyyəti sayəsində yeni ifaçılıq üslubu əldə etmişdi. Bu qarşılıqlı inkişafın bədii nəticəsi olaraq “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” zərbi-muğamları yaranıb yayılmışdı. Bununla da, aşıq “dəstgahı” olan şikəstə bir tərəfdən aşıq, digər tərəfdən isə muğam sənətinə möhkəm dayaqlı körpü salmışdı.

Şikəstələrin muğam yaradıcılığında daha bir təzahür forması da vardır. Bu bir çox muğamların ənənəvi tərkib hissələrindən birinə çevrilmiş “Şikəsteyi-fars” şöbəsidir. “Şikəsteyi-fars” şöbəsi aşıq şikəstələrinin melodik-ritmik və intonasiya özəyi üzərində inkişaf edir. Bu şöbə Azərbaycan xalqının muğam sənətinə verdiyi töhfədir. Bu, ən qədim el havalarından qaynaqlanan, Azərbaycan musiqisinin ana, özək intonasiyalarını özündə daşıyan qəlibləşmiş melodik-intonasiya modelidir, özündə etnogenetik informasiyanı daşıyan genoformuldur.