AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qazax rayon "Zurnaçılar" ansamblı

“Zurnaçılar” ansamblı 1970-ci ildən Qazax rayon Mədəniyyət evi nəzdində fəaliyyətə başlamışdır. Ansamblın üzvləri rayon ərazisində fəaliyyət göstərən zurnaçılardan təşkil olmuşdur. Zurnaçılar ansamblına 1998-ci ildən 2007-ci ilin avqust ayınadək nəfəsli çalğı alətlərini xüsusi bacarıqla ifa edən mərhum sənətkarımız Abbas Xasayev rəhbərlik etmişdir. Ansambl yarandığı vaxtdan rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, el şənliklərində, kolxoz və savxozlarda zəhmətkeşlər qarşısında onların asudə vaxtının səmərəli təşkili üçün maraqlı konsert proqramları ilə çıxış etmişdir.
 
Hazırda ansambla Nadir Hüseynov rəhbərlik edir. Nadir Alnazarov, İlham Xasayev, Binövrə Bənnayev və başqaları ansamblın üzvləridir. Ansamblın üzvləri xüsusi geyimlə təmin olunmuşlar. Ansamblın repertuarında qəhrəmanlıq mahnıları, unudulmaqda olan el havaları xüsusi yer tutur. Hazırda ansambla yeni-yeni gənc istedadlar gəlməkdədir. Ansamblın bədii rəhbəri Nadir Hüseynov “Cəngi”, “Tərəkəmə”, “Cütcü”, “Heyvagülü” havaları ilə yanaşı, muğamlarımızı və bəstəkar mahnılarını da xüsusi istedadla ifa edir. Mədəniyyət Mərkəzində hər həftənin III və VI günləri “Zurnaçılar" ansambılının məşqləri keçirilir və burada gənc zurnaçılara bu sənətin sirləri öyrədilir. Xalqımızın əziz bayramı olan Novruz bayramında zurnaçıların ifa etdikləri el havalarının təranələri altında yüzlərlə insanlar meydanlara bayram tonqalının ətrafına axışırlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı