AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Atçılıq İdman Federasiyası

Azərbaycan Respublikası Atçılıq İdman Federasiyası 1996-cı il oktyabr ayının 26-da yaradılıb. Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başladı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, cənab Elçin Quliyev Federasiyanın Prezidenti seçildi və idarə heyətinin yeni tərkibi yaradıldı. Az vaxt ərzində Federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) adlandırıldı.  Yeni rəhbərliyin seçilməsi ölkədə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrinin deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin, o cümlədən milli atçılığın inkişaf etdirilməsi kimi böyük missiyanı da öz öhdəsinə götürdü.
 
Federasiya 1997-ci ildən FEİ-nin (Beynəlxalq Atçılıq Federasiyası), 2010-cu ilin fevralından İFHA-nın (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilin dekabrından isə Beynəlxalq Polo Federasiyasının (FİP) üzvüdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Dabbaq

Azərbaycanda dəriçilik bəsit xalq üsullarından başlayaraq peşəkar dabbaqlığa qədər müxtəlif inkişaf mərhələləri keçmişdir. Bəsit xalq üsulu ilə aşılama texnikası maldarlar arasında daha geniş yayılmışdı. Eymə, tejən, tuluq, dağar, cılğı, motal və s. qabları, habelə çarıq, papaq, kürk kimi geyim vasitələrini hazırlamaq üçün əvvəlcə dəri bəsit üsulla qismən aşılanırdı. Sadə texnologiyaya...

Ətraflı