AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şirvan şəhər Mədəniyyət Mərkəzi

Şirvan şəhər Mədəniyyət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması haqqında” 29 aprel 2015-ci il tarixli əmrinə əsasən 08 may 2015-ci ildə yaradılmışdır. Yaradılarkən Mərkəzinin tabeliyində 1 folklor evi, 1 sənətkarlıq klubu, 1 diyarşünaslıq klubu və 8 klub olmuşdur. Sonrakı dövrdə Mədəniyyət Mərkəzinin tabeliyindəki klublardan ikisi ləğv edilmişdir. Hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 1 folklor evi və 8 klub fəaliyyət göstərir.

Şirvan şəhər Mədəniyyət Mərkəzi xüsusi layihə əsasında tikilmiş və 14 iyul 1959-cu ildə istifadəyə verilmiş üç mərtəbəli binada yerləşir. Mədəniyyət Mərkəzinin binası 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir edilmiş, binanın açılışında  prezident İlham Əliyev iştirak etmişdir. Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın ümumi sahəsi 1200 m2-dir. Tamaşa zalında oturacaq yerlərinin sayı (lojalarla birlikdə) 270-dir. 13 dərnək otağı və 4 inzibati otaq vardır. Mədəniyyət Mərkəzində (filiallarla birlikdə) çalışan işçilərin ümumi sayı 47 nəfərdir. Onlardan 33 nəfəri mədəniyyət işçisi, 14 nəfəri texniki işçidir.
 
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının dəstəklənməsi və təbliği Şirvan şəhər Mədəniyyət Mərkəzinin yerinə yetirdiyi əsas funksiyalardan biridir. Mədəniyyət Mərkəzi və onun filiallarında 36 kollektiv vardır. Bu kollektivlərdən 22-si diyarşünaslığa, 12-si folklora, 2-si sənətkarlığa aiddir. Klub müəssisələrində 7 bədii özfəaliyyət kollektivi, o cümlədən Mədəniyyət Mərkəzində “Səma” instrumental ansamblı, Folklor evində “Şirvan” instrumental ansamblı, rəqs kollektivi, “Şirvan” klubunda “Arzu” instrumental ansamblı vardır. Bunlardan əlavə, Mədəniyyət Mərkəzində musiqi kursları, Bayramlı qəsəbə klubunda əl işləri, rəsm, fortepiano dərnəkləri, Diyarşünaslıq klubunda poeziya klubu, “Qarabağ” klubunda bədii qiraət dərnəyi, “Aran” klubunda kulinariya dərnəyi, “Energetik” klubunda rəsm dərnəyi, Folklor evində pianino və saz dərnəkləri fəaliyyət göstərir. Qeyri-maddi mədəni irs kollektivlərində iştirakçıların sayı 415 nəfərdir.

Mədəniyyət Mərkəzi və onun filialları tərəfindən 2017-ci ildə qeyri-maddi mədəni irs sahəsi üzrə 184 tədbir keçirilmişdir. Bu tədbirlərdə 26215 nəfər iştirak etmişdir. Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Şirvan” Folklor evinin rəqs kollektivi Ankaranın Etimesqut bələdiyyəsi tərəfindən təşkil edilmiş “Anadolu günləri – 9” (2012-ci il) və “Anadolu günləri 11” (2014-cü il) beynəlxalq festivallarında Azərbycanı təmsil etmişdir. Türk xalqları və ölkələrinin iştirak etdiyi festivallarda şirvanlıların çıxışı böyük maraqla qarşılanmışdır. Festivalın gedişi Türkiyənin bir sıra televiziya kanalları ilə canlı yayımlanmışdır. “Anadolu günlər 9” festivalında şirvanlıların çıxış etdiyi gecə təşkilatçılar tərəfindən rəsmi olaraq “Azərbaycan gecəsi” adlandırılmışdır. Kollektivin festivalda uğurlu çıxışı barədə “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində iri həcmli materiallar dərc edilmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Toxuculuq dəzgah və alətləri

Azərbaycanın maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri, antik dövrə aid arxeoloji qazıntılar zamanı əldə olunmuş yerli istehsal məhsulları burada mövcud olmuş sosial-iqtisadi və texniki irəliləyişdən xəbər verir. Bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu əsasda geyim və digər məişət vasitələri üçün z...

Ətraflı