AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balakən rayon Mədəniyyət Mərkəzi

Balakən rayon Mədəniyyət evi 1960-cı ildən fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin nəzdində 2 şəhər klubu, 17 klubtipli kənd mədəniyyət müəssisəsi vardır. Mərkəzdə fəaliyyət göstərən rəqs, dram, bədii-qiraət, mahnı, gitara dərnəklərində gənclər üstünlük təşkil edir. Mərkəzinin nəzdindəki kollektivlər - “Cahan” folklor ansamblı, “Qubek” rəqs qrupu, “Şəlalə”  və “Nənələr” folklor qrupları rayonda keçirilən tədbirlərdə, əlamətdar günlərdə, bayramlarda, yubiley və mərasimlərdə fəal iştirak edirlər. “Azərbaycan - doğma diyar” adı altında keçirilən azsaylı xalqların festivalında “Nənələr” folklor qrupu və “Qubek” rəqs qrupu uğurla çıxış etmiş, Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunmuşlar. “Cahan” folklor ansamblı 2011-ci ildə “Xalq kollektivi” adını almışdır. 1 saylı şəhər diyarşünaslıq klubunda yaradılmış “Kaman” muğam üçlük qrupu rayonumuzda keçirilən el şənliklərində, Novruz bayramında fəal iştirak edir. Mədəniyyət Mərkəzində istedadlı gənclərin üzə çıxarılması məqsədi ilə il ərzində incəsənətin ayrı-ayrı sahələrini əhatə edən “İstedadlar sorağında” müsabiqələri keçirilir.

Mədəniyyət Mərkəzi və onun filiallarının bədii-özfəaliyyət kollektivlər yaz-yay mövsümündə Heydər Əliyev adına istirahət parkında, əhalinin sıx toplaşdığı turizm məkanlarında yerli və xarici turistlər üçün konsert proqramları təşkil edirlər. Rayon Mədəniyyət Mərkəzi və Katex kənd mədəniyyət evinin tərkibində həvəskar teatr dərnəyi yaradılmış, həmin dərnəyin üzvlərinin iştirakı ilə səhnələşdirilən Ü.Hacıbəyovun “Arşın mal alan”, Ə.Haqverdiyevin “Pəri cadu”, “Şahsənəm və Gülpəri” tamaşaları, həmçinin, N.Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ” əsərinin motivləri əsasında “Xarı Bülbül”,  H.Cavidin “İblis”, Anarın “Dədə Qorqud” pyesi əsasında eyniadlı tamaşalar rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Mədəniyyət Mərkəzində mütəmadi olaraq, “Narkomaniyaya yox” şüarı altında sərgilər təşkil olunur. Arzu Soltanın narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə vurduğu zərbəni əks etdirən “Xaşxaşın göz yaşları” pyesi 2017-ci ildə səhnələşdirilmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı