AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Oğuz rayon Mədəniyyət Mərkəzi

Oğuz rayon Mədəniyyət Mərkəzi 1945-ci ildə Mədəniyyət evi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk vaxtlarda Mədəniyyət evində ictimai əsaslarla dram, xor, zurnaçılar, tar, şahmat və nərd, rəssamlıq dərnəkləri yaradılmışdır. Fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət evi əhalinin asudə vaxtının və istirahətinin maraqlı təşkili üçün ardıcıl iş aparmış, xeyriyyə tədbirləri təşkil edərək əldə edilmiş vəsait hesabına döyüş bölgələrində yerləşən hərbi hissələrə, Ramana qəsəbəsində yerləşən əlillər evinə, Bilgədəki qocalar evinə sovqatlar aparmış, tamaşa və konsertlər vermişdir.
 
2015-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Oğuz rayon Mədəniyyət Mərkəzi 3 kənd mədəniyyət evi və 17 klub müəssisəsini özündə birləşdirir. Mərkəzdə hazırda 4 dərnək xalq çalğı alətləri, dram, rəqs və tibb dərnəkləri fəaliyyət göstərir. Mərkəzin Xaçmaz Diyarşünaslıq evində instrumental ansamblı, Dəymədərə kənd Folklor klubunda "Oğuz" ailə ansamblı, Qarabulaq filialında qızlardan ibarət "Ləzgi", Böyük Söyüdlü filialında "Halay", Bucaq Folklor klubunda "Qöncə", Baş Daşağıl Sənətkarlıq klubunda "Zorxana" rəqs qrupları fəaliyyət göstərir.
 
Mədəniyyət Mərkəzinin kollektivi Novruz bayramı və təqvimin dəyişməsi münasibəti ilə hər il rayon mərkəzində, rayon ərazisindəki sərhəd keşik məntəqələrində tədbirlər təşkil etmiş, konsertlər vermişdir. Turizmin təbliği məqsədi ilə 2017-ci il sentyabrın 7-də Oğuzda ilk dəfə “Şəfa” bayramı keçirilmişdir. Mədəniyyət Mərkəzinin kollektivi Bakıda keçirilən Novruz tədbirlərində, Qəbələ şəhərində keçirilən V Beynəlxalq Mürəbbə Festivalında, Qaxda keçirilən “Milli kulinariya” festivalında uğurla iştirak etmişdir.
 
Mədəniyyət Mərkəzi hər il özfəaliyyət işini canlandırmaq, yeni istedadları aşkara çıxartmaq məqsədilə klub müəssisələrində baxış müsabiqələr təşkil edir. Müsabiqə qalibləri həvəsləndirilir və onların müxtəlif konsertlərdə iştirakı təmin edilir. Yay turizm mövsümündə Mədəniyyət Mərkəzi filialları ilə birlikdə Şəhər istirahət parkında ardıcıl olaraq konsertlər və mədəni-kütləvi tədbirlər təşkil edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı