AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lənkəran şəhər Mədəniyyət Mərkəzi

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi 1983-cü ildən Mədəniyyət evi adı altında fəaliyyət göstərmiş, 2012-ci ildən Mədəniyyət Mərkəzi statusu almışdır. Bu tarixdən etibarən Lən­kə­ra­nın 78 klub müəssisəsi Mərkəzin filialı olaraq onun ətrafında birləşmişdir. Aparılan islahatlar nəticəsində hazırda Mərkəzin nəzdində 50 klub fəaliyyət göstərir. Klublar qeyri-maddi mədəni irsin qorunması, xalq yaradıcılığının inkişafı və asudə vaxtın səmərəli təş­kili olmaqla müxtəlif profillərə ayrılır. Bu klubların 18-i sə­nət­kar­lıq, 11-i folklor, 9-u yaradıcılıq, 7-si diyarşünaslıq, 4-ü etnoqrafiya profili üzrə fəaliyyət göstərir.
 
Mədəniyyət Mərkəzində 15 nəfər çalışır. Mərkəz xüsusi layihə üzrə ti­kilmiş binanın 15 otağında yerləşir. Onun bir böyük tamaşa, 1 rəqs və 1 kiçik zalı, 1 mü­şavirə salonu, foyeləri, dəhlizləri, sanitar qovşaqları var. Mərkəz 2 min kvadratmetr sa­həni tutur, 0,7 hektar həyətyanı sahəyə malikdir. Mərkəzin binası 2015-ci ildə əsaslı təmir edilmiş, telefon və internet xətti ilə, müasir avadanlıqlarla təchiz edilmişdir.
 
Lənkəran şəhər Mədəniyyət Mərkəzi öz filialları ilə birlikdə il ərzində qeyri-maddi mədəni irs üzrə müxtəlif tədbirlər keçirir. Lənkəranda bütün mədəni-kütləvi tədbirlər, o cümlədən festival, bayram və el şənlikləri Mərkəz tərəfindən həyata keçirilir. Mərkəzin sosial şəbədəki ünvanında həmin tədbirlər haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim edilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı