AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi

1956-cı ildə uyğunlaşdırılmış binada fəaliyyətə başlayan Xaçmaz rayon Mədəniyyət evi 2014-cü ildə H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi adlandırılmışdır. Müəssisə 1014 m2 sahədən, 360 yerlik zaldan ibarətdir. Mərkəzin yerləşdiyi bina 2005-ci ildə əsaslı təmir olunmuşdur. Təmirdən sonra mədəniyyət müəssisəsinin açılışında ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.
 
Bu gün H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində 22 diyarşünaslıq, 10 sənətkarlıq, 13 folklor klubu, 4 folklor evi fəaliyyət göstərir. Mərkəzdə müxtəlif yaş kateqoriyasından olan insanların maraq və təlabatına uyğun olaraq konsertlər, bədii-kütləvi tədbirlər, ədəbi-bədii kompozisiyalar, kino və teatr tamaşaları, əyləncəli tədbirlər, tematik gecələr və əlamətdar günlərlə bağlı tədbirlər təşkil edilir. Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə mütəmadi olaraq hərbi hissələrdə və hərbi çağırış məntəqələrində konsertlər verilir. H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram teatrına 2015-ci ildə “Xalq teatrı" adı verilmişdir. Teatrın repertuarı hər yaş kateqoriyasından olan tamaşaçılar üçün maraqlı tamaşa və səhnəciklərlə zəngindir. Əhaliyə pullu xidmətin göstərilməsi və gənclərin faydalı işlərə cəlb olunması məqsədilə Mərkəzdə bədii qiraət, dram, “Cırtdan" kukla teatrı birlikləri, sintizator, gitara, aktyorluq, milli rəqs dərnəkləri, biçmə-tikmə, rəsm kursları fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Oyuq (kukla) tamaşaları

İctimai-məişət mövzuları üzərində qurulan Azərbaycan kukla tamaşaları əlamətdar günlərdə, xüsusilə şənliklərdə, toylarda nümayiş olunur. Kukla tamaşaları dedikdə, el arasında “bəbək”, “oyuq” və “ipdə oyuq” adı ilə tanınan və kuklaların iştirakı ilə göstərilən tamaşalar nəzərdə tutulur. Azərbaycanda oynanan belə oyunlara “Maral oyunu”, “Tapdıq çoban”, “Şah Səlim”, “Keçəl pəhləvan” və s....

Ətraflı