AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Şərur qönçələri" uşaq yallı ansamblı

“Şərur qönçələri” yallı ansamblı 1998-ci ildən rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Hazırda kollektivin 24 üzvü vardır: 15 oğlan, 15 qız. Ansamblın repertuarında “Tirmə şal”, “Xələfi”, “Dırqo”, “Köçəri”, “Qaleyi”, “Tello”, “Tənzərə”, “Gopu”, “Qənimo” kimi Şərur rayonu üçün xarakterik 20-yə yaxın yallı növü vardır. Gənclər bu yallıları həvəslə mənimsəyib, ifa edirlər. Ansamblın üzvləri iki yaş qrupu – 9-12 və 13-16 yaşlılardan ibarətdir. “Şərur” xalq yallı ansamblının 6 üzvü “Şərur qönçələri”nin  yetirmələridir. Kollektivin rəhbəri Əməkdar mədəniyyət işçisi, prezident mükafatçısı Səttar Qafar oğlu Əhmədovdur.
 
“Şərur qönçələri” 2006-cı ildə Türkiyənin Qars şəhərində keçirilən 1 nisan Cocuq bayramında uğurlu çıxışlarına görə qızıl medala layiq görülmüşdür. 2008-ci il aprelin 30-da Bakı şəhərində keçirilən “Uşaq rəqs kollektivlərinin festivalı”nda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birinci dərəcəli diplomu ilə təltif olunmuşdur. 2014-cü ilin 6-9 avqust tarixlərində “IV Türk ölkələri Ağrıdağ mədəniyyət və sənət günləri”ndə iştirak etmiş, diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
 
Naxçıvan Muxtar Respublikasında keçirilən xalq yaradıcılığı günləri baxış-müsabiqəsinin qalibləri sırasında bu kollektiv də olub. Gənc istedadlar üçün ən əlamətdar və yaddaqalan hadisə türkdilli dövlət başçılarının Naxçıvan şəhərində keçirilən 9-cu zirvə toplantısı şərəfinə Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramında onların iştirakı olub. Balaca rəqqasların çıxışı dövlət başçıları tərəfindən hərarətlə qarşılanıb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Karvansara

Tarixi Azərbaycan ərazisi coğrafi mövqeyi və iqtisadi resurslarına görə çox qədim zamanlardan dünya ölkələri arasındakı iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynamışdır. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək Yolu Azərbaycanı dövrün beynəlxalq ticarətinə qovuşdurmuş, dünya ölkələri arasında qədim zamanlardan mövcud olan iqtis...

Ətraflı