AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Tunqay Məlik" folklor kollektivi

“Tunqay Məlik” folklor kollektivi 2015-ci ildə Qax rayonunun S.Vurğun adına Mədəniyyət Mərkəzində yaradılmışdır. Kollektivin repertuarına “Salamməleyküm”, “Zəli-zəli”, “Gəl bura, mahnı deyək”, “Mahnı yaraşır”, “Ay çinə dağlar”, “Ceyranım” kimi qədim xalq rəqsləri və nəğmələri, bayatılar daxildir. Folklor kollektivinin 12 üzvü vardır. Musiqi nömrələri zurna və balabanın müşayiəti ilə ifa olunur. Kollektivin rəhbəri Gülşad Paşayevadır. Kollektiv həm rayon, həm də respublika səviyyəli tədbirlərdə fəal iştirak edir. Şəki şəhərinin TÜRKSOY tərəfindən Türk dünyasının Mədəniyyət paytaxtı seçilməsi ilə bağlı 2016-cı ilin aprel ayının 28-də keçirilmiş tədbirdə uğurla çıxış etmişdir. Kollektivin heyəti bu gün də qədim bayatıları və el nəğmələrini toplamaqla məşğuldur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Bağban

Bağban peşəsi təsərrüfat həyatı ilə sıx bağlı olduğundan əkinçiliklə məşğul olan əhali bağ salmaq, ağac əkmək işi ilə də məşğul olmuşdur. Bağbanlar dadlı və keyfiyyətli meyvə növləri yetişdirməklə yanaşı, onları nəsildən-nəslə ötürmüşlər. Bu baxımdan Abşeronun sarı ənciri, Naxçıvanın sin armudu, şəkəri armudu, əndiryanı armudu, Əbutalıbı əriyi, peyvəst əriyi, kəhat heyvası, Ordubadın s...

Ətraflı