AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Bəhmən Göyçəli

Bəhmən İsa oğlu Kazımov 1960-cı ildə Göyçə mahalında anadan olub. 1967-77-ci illərdə Göyçənin Ardanis kəndində orta məktəbdə təhsil alıb. 1977-82-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda oxuyub. 1988-ci ildən Bakıda yaşayır. Peşəkar şəkildə aşıqlıqla məşğuldur. Aşıq sənətini öz atası Göyçəli Aşıq İsadan öyrənib. Mütəmadi olaraq dövlət tədbirlərində, festivallarda, konsert səfərlərində iştirak edir. IV və V aşıq qurultaylarının iştirakçısıdır. II Beynəlxalq Aşıq Festivalında fəxri diploma layiq görülüb.

Türkiyədə, İranda, İraqda və Türkmənistanda folklor festivallarında iştirak edib. Zəngin musiqi və söz repertuarına malikdir. İfası dəfələrlə teleradionun fonduna yazılıb. Xalq arasında istedadlı dastançı aşıq kimi tanınır. Bəhmən Kazımov (Bəhmən Göyçəli) Göyçə aşıqlıq ənənəsini daşıyan beş gənc aşıq yetişdirib.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı