AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Elmira Əliyeva (ağıçı)

Elmira İsmayıl qızı Mikayılova 1948-ci ildə Zəngilan ra­yonunun Böyük Ağalı kəndində anadan olub. Elmira Mikayılovanın ağı­çı­lığı bir sənət kimi seçməsinin maraqlı tarixçəsi vardır. Özünün dedi­yinə görə, oğlu nakam dünyasını dəyişəndən sonra məclislərə gedə­rək ağı deməyə başla­yıb.

Elmira Mikayılovadan ağı nümunələri yazıya alınarkən yalnız bir neçə bayatını bəda­hətən ifa edə bilmişdir, qəhər boğduğuna, gözləri yaşla dolduğuna görə onların ardını gətirə bilməmişdir. Yalnız sonradan təbii gəldikcə bildiyi bayatıları gəlininə söyləmiş, o da on­ları bir dəftərə köçürmüşdür. Bu şəkildə onun repertuarından yüzdən artıq bayatı nümunəsi yazıya alınmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Muncuqlu tikmə

Muncuqlu tikmə bədii tikmənin geniş yayılmış növlərindən biridir. Muncuqlu tikməni hazırlamaq üçün muncuqlar əvvəl xüsusi saplara düzülür, sonra pul kisəsinin, daraq qabının, kiçik torbaların üzərinə, qadın paltarlarının yaxasına, ayaqqabı üzərinə tikilib bərkidilir. Rəngli muncuqlardan istifadə etməklə isə həndəsi və nəbati (gül, çiçək, yarpaq və s.) motivli naxış və təsvirlər yaradıl...

Ətraflı