AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nağılçı Abbasov Abbas

Abbas Mahmud oğlu Abbasov 1938-ci ildə Cəbrayıl rayo­nunun Soltanlı kəndində anadan olub. 1958-ci ildə Azər­baycan Dövlət Pedaqoji Univer­sitetinin ibtidai sinif müəllimliyi fakültəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra 1962-ci ildə Soltan­lıya qayıdır və 30 ildən artıq Soltanlı kəndində ibtidai sinif müəl­limi işləyir. Abbas Abbasov müəllimlikdən əlavə, həm də sınıqçılığı, çöpçülüyü, tamadalığı bacarır. Şair təbiəti ilə tanınan Abbas Abbasov həm də müxtəlif şairlərə məxsus 90-dan artıq şeir bilir, yeri gələndə özü də müəyyən şeirlər yazır. Nağıllarda da tez-tez şeirdən istifadə etməsi onun poeziyaya olan marağından qaynaqlanır.
 
Ahıl yaşına çatmasına baxmayaraq Abbas Abbasovun güclü hafizəsi vardır. Bildiyi nağılları uşaqlıq illərində atasından eşitmiş, güclü hafizəsi sayəsində onları yadında saxlamışdır. Ondan 6 nağıl mətni yazıya alınmışdır. Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Beş süjetin birləşməsindən təşkil olunmuş “İsgəndər Zülqərnə” nağılı isə onun repertuarından yazıya alınmış ən gözəl nağıllardan biridir.
 
Abbas Abbasovun repertuarını səciyyələndirən bir cəhət də epik təsviri lirik tərənnümlə tamamlamasıdır, daha dəqiq de­sək, na­ğılın içərisində məzmununa, məqamına uyğun şeir nü­mu­nə­lərin­dən istifadə etməsidir. Məsələn, “Üç məsləhət” nağılında söyləyici, ata­sı­nı itirmiş qəhrəmanın keçirdiyi hissləri çatdırmaq üçün ataya aid şeir söyləyir. Yaxud, üzdə Allahın yolunu tutan, am­ma batində ona inanmayan molladan bəhs edən “Molla və çoban” nağılını söyləyici məzmuna uyğun olaraq Aşıq Xas­poladın insanları əməldə, fikirdə düzgün olmağa səs­lə­yən “Gə­rək” rədifli şeiri ilə tamamlayır. Söylə­yicinin bu üsuldan istifadə etməsi nağılın məzmununun, qəhrəmanın keçirdiyi duyğuların daha təsirli çatdırılmasında mühüm rol oynayır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Yanıltmaclar

Azərbaycan uşaq folklorunun janr sistemində mühüm yer tutan yanıltmacların əsas əlaməti uşaq nitqinin inkişaf etdirilməsi üçün seçilmiş xüsusi tip oxşar səs və sözlərin, cümlələrin alliterasiya vasitəsilə bir ahəng, ritm əmələ gətirməsi və bunların düzgün tələffüzüdür. Söz oyunlarında ən çox işlənən yanıltmaclar uşaqların düzgün tələffüz vərdişinə yiyələnməsində, səlis danışmağa alışma...

Ətraflı