AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tovuz rayon "Zurnaçılar" ansamblı

Tovuz rayon “Zurnaçılar” ansambılı 1964-ci ildən fəaliyyət göstərir. Ansamblın əsası zurnaçı Lələ, zurnaçı Cilingir Məmmədov, Cavanşir Novruzov tərəfindən qoyulmuşdur. 2000-ci ilədək ansambla rəhbərliyi Cavanşir Novruzov, 2000-ci ildən indiyədək Firuddin Süleymanov edir. Hazırda ansambl Rövşən Hacıyev, Vidadi Süleymanov, Elşən Süleymanov, Elşən Məmmədov, Yavər Quliyev kimi zurnaçılardan ibarətdir. Ansamblın repertuarında qəhrəmanlıq mahnıları, unudulmaqda olan el havaları xüsusi yer tutur. Mədəniyyət Mərkəzində hər həftənin 1-ci və 5-ci günləri “Zurnaçılar” ansamblının məşqləri keçirilir ki, burada da təcrübəli zurnaçılar bu sənətin sirlərini gənc zurnaçılara böyük həvəslə öyrədirlər.

2017-ci ildə Bakıda keçirilən Novruz şənliklərində fəal iştirakına görə “Zurnaçılar” ansamblı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı