AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Alı xan və Pəri

Nümunənin reyestr kodu : FL0104020010

Aləmlərin Rəbbinə şükürrər olsun, həmdi-sənalər olsun. Bizə can sağlığı verən ilahiyə çox şükürrər olsun. Türk dünyasının bayrağı həmeşə ucalarda yellənsin, inşallah. Cümlə ustaddara Allah irəhmət eləsin. Mən sizə hardan xəvər verəjəm, şəhri Bitlisdən. Dünyanın kövəyi saylan, gözəllikdə bağınnan, bağçasınnan, torpağınnan, dağınnan, daşınnan tayı-bərəvəri olmuyan Bitlis şəhərinin. Bitlis şəhrində Hajı Səyyad adında böyük bir şəxsiyyət yaşıyırdı. Əli, açıx, varrı-döylətdi, ildə bir dəfə Haj ziyarətini-Məkkiyi, Mədiniyi ziyarət eliyif qayıdıf gələn bir böyük şəxsiyyət iydi. Adı dillərdə söylənerdi. Öz imarətinin yanında Allah yolunda bir məscid tikdirmişdi. Həməşə savax namazdarını məsciddə qı lardı. İbatətgər olduğuna görə, varı-döyləti çox olduğuna görə çox tanınerdi. Ancax bütün bunnara baxmayarax Allah-tala öylad verməmişdi. Öyladı yoxuydu. Siz bilersiniz ki, öyladsızlıx-sonsuzlux deməkdi. Allah kimin öyladı yoxdu ona öylad nəsib eləsin, inşallah. Öz həyat yoldaşınnan diz-dizə oturuf söhbət eliyirdilər.

– Ay kişi, sənin öyladın yoxdu, mən sənin qanına bais oloram, günah götürörəm. Öylən ayrı bir qadınnan, qoy sənin öyladın olsun. Onnara nökərrik eliyərəm, inşallah.

Dedi:

– Yox, qarı, Allah versə sənnən versin, verməsə istəmerəm, çünki sən mənim məhəbbətim, gözümün işığısan.

Bu dəmdə nökər gəlif dedi, ağa, eşdə sizi bir dərviş çağırer. Darvazanın ağzında dərviş dayanıf, çiynində heyvə, əlində əsa.

– Hajı Səyyad siz olarsız?

– Bəli, mənəm.

– Salamun əleyküm.

– Əleykümə salam.

– Hajı Səyyad, günorta namazımın vaxtı keçer, mana bir yer göstərərsənmi namaz qılam?

Hajı Səyyad dedi:

– Mən də abdəstimi yeni alıf meçidə gederəm, gedək baravar namazımızı qılax.

Namaz qılıf qurtarannan sonra dərviş ərmağan olarax həyvəsinnən bir qırmızı alma çıxardıf Hajı Səyyada verdi. Dedi:

– Hajı Səyyad, mənə hörmətin üçün, məçidində yer göstərif mana namaz qıldırdığın üçün Allah-taaladan sana cansağlığı arzuluyuram. Al bu almıyı da yarısını sən ye, yarısını da arvadın yesin. Özgə mənim sana töhvəm yoxdu, – deyif, meçiddən eşiyə çıxdı. Hajı Səyyad bunun arxasıca çıxanda kişiyi görmədi. Evə gəldi, gördü burda da yoxdu. Dedi:

– Əyə, bu adam nejoldu?

Almeyi qarısına göstərəndə, xanım gördü elə bir almadı ki, gözün toyşuğunu aparer, gözəlliyi göz qamaşdırer. Tez pıçax gətirdi, almıyı yarı böldü. Yarısını arvadı nuş elədi, yarısını özü. Bəli, o günnən doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə tamam olan vaxtı Hajı Səyyadın külfəti Gülü stan xanım yükünü yerə qoydu. Bir oğul, bir qızı oldu. Hajı Səyyad meçiddə namaz qılerdı. Muştuluxçu gəldi. Savax namazıydı.

– Əfəndim, gözün aydın olsun, bir cüt öyladın dünyaya gəldi, bir oğlun, bir qızın doğuldu.

Hajı Səyyad dedi:

– Oğul, sana bir inək, bir erkək, bir at tərəfimnən muştulux haqqı vererəm.

Muştuluxçuları yola salannan sonra meçitdən eşiyə çıxanda gördü meçidin çölündə, hasarın divində bir uş ax bələyin iç ində ağlıyır. Hajı Səyyad elə başa tüşdü ki, bunun öz uşağıdı bunu sövündürməkdən ötrü gətirif burya qoyuflar. Öz-özünə dedi, əyə, bu zalımın qızı bunu nə tez gə tirif burya qoydu. Elə bildi öz uşağıdı. Uşağı tez bələyinə püküf götürüf öyə gələndə dedi:

– Ay arvad, niyə uşağı aparıf orya qoyufsan?

Arvad dedi:

– Ə, kişi, mən orya uşax aparmamışam. Uşağın bələyi açılanda gördülər oğlan uşağıdı (Tam mətni yüklə).