AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azərbaycan Milli Konservatoriyası

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli qərarı ilə “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında xüsusi fərman verilib.
 
Bir il sonra Prezident Heydər Əliyevin 10 avqust 2001-ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” verdiyi geniş sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil edilib. Bu sərəncama əsasən Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Əşrəf oğlu Kərimi təyin edilib.
 
Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə peşəkar musiqiçilər, dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində ən öndə olan görkəmli  şəxsiyyətlərdən ibarətdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı