AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Beyləqan rayon Mədəniyyət Mərkəzi

Beyləqan rayon Mədəniyyət Mərkəzi 1939-cu ildə Mədəniyyət evi adı ilə fəaliyyətə başlamış, sonralar Mədəniyyət sarayı, 2015-ci ildən isə Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəzin funksiyasına mədəni-kütləvi tədbirlərin keçirilməsi, rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması daxildir. Mərkəzin əsas binası 1984-cü ildə inşa edilmişdir. Bina 2 mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 5795 m2-dir. Mərkəz 532 nəfərlik mühazirə otağından, sərgi zalından, dərnək otaqlarından, inzibati və texniki otaqlardan ibarətdir. Mərkəzin nəzdində 34 mədəniyyət evi və klub fəaliyyət göstərir. Mədəniyyət evi və klubların 13-ü fəaliyyət sisteminə görə profilləşmişdir. Mərkəzin tabeçiliyində 6 Diyarşünaslıq evi, 1 Diyarşünaslıq klubu, 1 Folklor evi, 1 Folklor klubu, 3 Sənətkarlıq klubu fəaliyyət göstərir. Mərkəzdə 1 xalq teatrı, “Mil” instrumental çalğı alətləri ansamblı, Maraq klubu, Sözün sehri” və “Araz” ədəbi birlikləri, “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ” qrupu, ödənişli əsaslarla isə Rəqs, Taekvondo, Karate dərnəkləri fəaliyyət göstərir.
 
II Respublika Xalq Teatrları Festivalında Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrı diplomla təltif olunmuş, 2017-ci ildə Xaçmaz rayonunda keçirilən “Dolma festivalı”nda isə ən yaxşı təqdimata görə 2-ci yerə layiq görülmüşdür. 2017-ci ildə İsmayıllı rayonunda təşkil olunmuş “Mədəniyyət mərkəzləri və onun filiallarında çalışan bədii rəhbərlərin I beynəlxalq elmi-praktiki seminarı”nda Beyləqan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbərləri uğurla çıxış edərək sertifikatlara layiq görülmüşdülər. Mərkəzdə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ömrünü xalqına bəxş edən şəxsiyyət” adlı tədbirlər, milli qəhrəmanlar, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı