AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin binası 1977-ci ildə istifadəyə verilmişdir. Binada 2 mühazirə zalı mövcuddur. Tamaşa zalı 500 yerdən ibarətdir. Mərkəzdə “Şərq inciləri” uşaq rəqs qrupu, instrumental musiqi ifaçılığı, gitara ifaçılığı və muğam ifaçılığı dərnəkləri fəaliyyət göstərir. Mərkəzin inzibati binasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Quba nümayəndəliyi, mühasibatlıq, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Quba rayon Turizm İnformasiya Mərkəzi, Ahıllar evi yerləşir. Mərkəzin istifadəsində olan 10 otaqdan 4-ü əsaslı təmirə ehtiyacı olduğundan istifadəsizdir. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan 79 klub-müəssisədən 24-ü sənətkarlıq, diyarşünaslıq və folklor üzrə profilləşərək fəaliyyət göstərir.
 
1988-ci ildən Mərkəzdə “Atəşgah” folklor mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Respublika Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1993-cü ilin avqust ayında kollektivə “Xalq mahnı və rəqs ansamblı” adı verilmişdir. Kollektiv bir sıra folklor festivallarının laureatıdır. 1970-2015-ci illərdə Mədəniyyət evi nəzdində “Şahdağ” xalq çalğı alətləri ansamblı fəaliyyət göstərmiş, onun bazasında sonralar “Gözəl Quba” instrumental ansamblı yaradılmışdır. “Atəşgah” və “Gözəl Quba” instrumental ansamblları Quba rayonunda və respublika miqyasında təşkil edilən bədii-kütləvi tədbirlərdə konsert proqramı ilə çıxış edir. 1962-ci ildə Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına Quba Dövlət Dram Teatrı ləğv edilərək teatrın bazasında Xalq teatrı yaradılmışdır. Xalq teatrı 2014-cü ilədək B.Səfəroğlu adına Mədəniyyət evində fəaliyyət göstərmişdir. 2014-cü ilin yanvar ayında Xalq teatrının tərkibində olan rejissor və tərtibatçı rəssam ştatlarının maliyyələşdirilməsi Maliyyə Nazirliyi tərəfindən dayandırılmışdır. Buna görə də kollektiv geniş tamaşalarla deyil, ayrı-ayrı tədbirlərdə müxtəlif səhnəciklər nümayiş etdirməklə iştirak edir.
 
2017-ci ilin dekabrından etibarən B.Səfəroğlu adına Mədəniyyət Mərkəzinin facebook sosial şəbəkəsində səhifəsi fəaliyyət göstərir. Səhifədə Mədəniyyət Mərkəzində və ona tabe mədəniyyət evi və klublarda keçirilən bədii-kütləvi tədbirlər öz əksini tapır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı