"Dülgər", "Dulusçu" və "Əkinçi" nümunlərinin məlumat bazası formalaşdırılmışdır
İyun 02, 2020 17:14
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin Diyraşünaslıq bölümünə daxil olan daha üç nümunənin – “Dülgər”, “Dulusçu” və “Əkinçi” nümunələrinin məlumat bazası formalaşdırılmışdır. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası və daşıyıcıları haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanmışdır.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
Qeyd edək ki, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 680-dən çox qeyri-maddi mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilmişdir.