AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərgər Şamil Unçiyev

Bakı şəhər sakini Şamil Unçiyev zərgərlik sənəti ilə məşğuldur. Şamil Unçiyevin sözlərinə görə, bu sənət onun ailəsində uzun illərdir ki, yaşadılır. “Mənim babam zərgər olub, gümüşdən müxtəlif silahlar, bəzək əşyaları hazırlayıb. Ondan sonra bu sənəti dayım davam etdirib. Elə mən də ondan öyrənmişəm”, – deyə, sənətkar bildirir. 26 ildir ki, bu sahədə çalışan sənətkar əl işlərini evində düzəltdiyi kiçik emalatxanada hazırlayır: “Bu gün mən müxtəlif suvenir silahlar, bəzək əyşaları, sandıqçalar hazırlayıram. Əl işlərimdə şəbəkə üslubunda, bədii döymə texnikasından istifadə edirəm”. Şamil Unçiyevin hazırladığı əl işlərinin, suvenir xəncərlərin, bəzək əşyalarının “ABAD” sənətkarlıq mərkəzlərində satışı təşkil olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı