AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pinəçi Mustafa Heydərov

Səksən beş illik ömrünün 65 ilini pinəçiliyə həsr edən Mustafa Heydərov yaşadığı Cəlilabad rayonunda bu peşəsinin sadiq keşikçilərindəndir. Adətən bu peşəni nəsil davamçıları bir-birinə ötürərək yaşadıb, amma dünyanın hər üzünü görmüş Mustafa Heydərovun bu sənətə gəlişi genlə bağlı deyil. O, pinəçiliyi uşaq yaşlarından özü seçib. Özünün dediyinə görə, 1953-cü ildə rayonda sənətkarlar uşaq ayaqqabıları tikirdilər. O vaxt ayaqqabıların bir cütünü tikmək üçün ona verirlər. O da könüllü gözəyarı bir ayaqqabı tikir. Bu iş onda o qədər maraq oyadır ki, o vaxtdan bu sənətlə məşğul olur.
 
Mustafa kişi 65 ildir öz müştərilərini Cəlilabadın M.F.Axundov küçəsindəki kiçik bir köşkdə nəvazişlə qarşılayır, razılıqla yola salır. Dediyinə görə, onu bu yaşa qədər yaşadan pinəçilik sənətidir: “Böyük ailəmə bu sənətin hesabına çox yaxşı baxmışam. Pinəçilik sənəti məni bu yaşa qədər yaşadıb. Mən bu sənətə borcluyam. On uşaq böyütmüşəm, onları bu sənətin çörəyi ilə dolandırmışam. Şükürlər olsun, hamısını da yerbəyer eləmişəm”.
 
Ötən illər ərzində Mustafa ustanın onlarla yetirməsi olub. Amma təəssüflər olsun ki, hazırda onların içərisində bəziləri bu sənəti davam etdirir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı