Pinəçi Əli Əhmədov
Bir çoxlarının Əli dayı kimi tanıdığı pinəçi Əli Əhmədov 1934-cü ildə Şəkidə anadan olub. 1937-ci ildə atası repressiya qurbanı olduğundan, oxumağa imkanı olmayıb və təhsilini 6-cı sinfə qədər davam etdirib. 1952-ci ildə Bakıya köçəndən sonra bir müddət sexdə ayaqqabı tikməyə başlayıb. Daha sonra 1959-cu ildə Əlibaba Abdullayev onu Dövlət Filarmoniyasına işə dəvət edib. O gündən də Filarmoniyanda rəqqaslarının çəkmələrini Əli dayı tikib.
Əli Əhmədovun emalatxanasında bütün növ ölçülü çəkmələr üçün qəliblər var. Ölçüləri isə 13-dən başlayıb 56-da bitir. Bir çox tanınmış şəxslərin çəkmələrini də o tikib. Onların arasında Rəşid Behbudov, Osman Mirzəyev, Tahir Salahov və digərlərinin adları da var.
1991-ci ildə o, “Əməkdar mədəniyyət işçisi” adını alıb.